Moskvada güclü yanğın – Video

Moskvada güclü yanğın – Video

Moskva vilayətinin Ximki şəhərində müxtəlif müəssisələrin yerləşdiyi qeyri-yaşayış binasında güclü yanğın baş verib.

AzerTimes yerli mediaya istinadən xəbər verir ki, binada keçmiş “Politerminal” mebel fabrikinə məxsus emalatxanaların, müxtəlif konstruksiyaların da yerləşdiyi məlum olub.

Teleqram kanallarının məlumatında isə “Sxodnya” mebel fabrikinə məxsus sexlərin, boya məhsullarının yandığı bildirilib.

Yanğının sahəsi 400 kv.m-i əhatə edib. Yanğının söndürülməsi üçün 2 texnika və 7 yanğınsöndürən cəlb edilib.

Teqlər: