Moskvada güclü yanğın: günbəz çökdü – Video

Moskvada güclü yanğın: günbəz çökdü – Video

Moskvanın mərkəzindəki Puşkin meydanında yerləşən “İzvestiya Holl”un binasında yanğın başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, səhər saatlarında başlayan yanğın 1,5 min kvadratmetr ərazini əhatə edib. Binanın metal günbəzi uçub.

Yanğının yenidənqurma işləri aparılan inzibati binada başladığı bildirilir.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Rusiya Teleqram kanallarının məlumatına görə, binada 70-ə yaxın qaz balonu var.

Teqlər: