Moskvada güclü qar: aviareyslər təxirə salındı

Moskvada güclü qar: aviareyslər təxirə salındı

Rusiya paytaxtı Moskva şəhərinin aeroportlarında güclü qar səbəbindən onlarla aviareys təxirə salınıb.

AzerTimes xəbər verir ki, Moskvada yağan qarın hündürlüyü 20 santimetrə çatıb.

Dekabrın 11-i Moskva vaxtı ilə saat 9:30-a olan məlumata görə, “Vnukovo” hava limanında dörd aviareys gecikib, daha dörd aviareys təxirə salınıb. “Domodedovo” aeroportunda 44 aviareys gecikib, “Şeremetyevo”da 13 aviareys gecikib, iki aviareys təxirə salınıb.

Teqlər: