Moskvada bomba həyəcanı

Xəbər - Çingiz Səfərli – Trend:

Rusiyanın paytaxtı Moskvada 12 şəhər məhkəməsinə partlayıcı qurğu qoyulması barədə məlumat daxil olub.

AzerTimes xəbər verir ki, bu barədə Moskva Şəhər Məhkəməsinin mətbuat katibi Valeri Lazarev açıqlama verib. Onun sözlərinə görə, məlumat daxil olduqdan sonra işçilər dərhal təxliyə edilib:

“Məhkəmələrdə xüsusi xidmət orqanları axtarış aparıb. Binalar xidməti itlər tərəfindən yoxlanılıb. Lakin heç bir partlayıcı qurğu aşkarlanmayıb”, – deyə o, bildirib.