Moskvada biznes mərkəzindən 10 minə yaxın şəxs təxliyə olundu

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyanın paytaxtı Moskvanın qərbində 17 mərtəbəli biznes mərkəzindən yanğınla əlaqədar 10 minə yaxın şəxs təxliyə olunub.

AzerTimes-ın məlumatına görə, yanğın binanın yeraltı parkinq məntəqəsində başlayıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Yanğının qarşısı alınıb.


İnsident nəticəsində xəsarət alanların olmadığı deyilir.