Moskvada 2 qatar toqquşdu

Moskvada 2 qatar toqquşdu

Rusiyada, Moskva şəhərinin qərbində elektrik qatarlarıya uzaq məsafə qatarı toqquşub. Hadisə Moskva-Brest reysində baş verib.

Yaralılar var, qəzada insanı ölümü olmayıb.

Bu məlumatı Rusiya Dəmir Yolları idarəsinin rəsmisi bildirib:

“Elektrik qatarının iki vaqonunun və sərnişin qatarının lokomotivinin seksiyasının relsdən çıxması nəticəsində dəmir yolunda hərəkət dayandırılıb. İlkin məlumata görə, tibbi yardımın göstərilməsi üçün 50 nəfər həkimlərə müraciət edib”.