Moskva teraktı: Röya son anda xilas oldu – Video

Moskva teraktı: Röya son anda xilas oldu – Video

Moskvada terror aktının törədildiyi “Krokus Siti Holl” kompleksinin nəzdindəki “Vegas City Hall”da xalq artisti Röya Ayxanın bu gün konserti olacaqmış.

AzerTimes xəbər verir ki, baş vermiş hadisə ilə əlaqədar konsert təxirə salınıb.

Röya Ayxan bu barədə İnstaqramda məlumat verib.

“İki dəqiqə sonra səhnəyə çıxacaqdıq. Biz çox yaxşıyıq. Hadisə ikinci zalda, başqa adamların konsertində olub. Ümid edirəm ki, heç bir azərbaycanlıya, ümumiyyətlə heç kimə heç nə olmaz”.

Qeyd edək ki, Moskvada “Krokus Siti Holl” kompleksində baş vermiş terror aktı nəticəsində 130 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

Teqlər: