Moskva teraktı: Legion məşhur “Ryazan şəkəri”ni xatırlatdı

Moskva teraktı: Legion məşhur “Ryazan şəkəri”ni xatırlatdı

Bu gün Moskvada baş verən faciədə Putinin terrorçu rejimini günahlandırırıq.

AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın Azadlığı Legionunun döyüşçülərinin yaydıqları bəyanatda bildirilib.

“Biz artıq Putinin hakimiyyətdə olduğu ilk günlərdən Kreml diktaturasının oxşar təzahürləri ilə qarşılaşmışıq və növbəti qanlı təxribata təəccüblənmədik. Legion rusiyalı mülki şəxslərlə müharibə aparmır. “Ryazan şəkəri” Putinin təhlükəsizlik qüvvələrinin bizim dəstəkləmədiyimiz və mübarizə apardığımız üsuludur”, – bəyanatda qeyd olunub.

Sibir batalyonu da Moskvada baş vermiş teraktın Rusiya xüsusi xidmət orqanlarının təxribatı olduğunu bəyan edib:

“Bu cinayətdə kimin ittiham olunmasından asılı olmayaraq, bu xüsusi əməliyyatı Kreml Ukraynaya qarşı müharibəyə haqq qazandırmaq və Rusiya Federasiyası daxilində repressiyaları gücləndirmək məqsədilə həyata keçirib. Bu, artıq bir neçə dəfə baş verib. Yeni heç nə yoxdur. Kreml rejiminin belə qəddarlığı hər biriniz dözdükcə dayanmayacaq. Sibir batalyonunun əsgərlərindən nümunə götürün. Bu, özünüzü azad etməyin və tiranlığın girovluğuna son qoymağın yeganə yoludur”.

Qeyd edək ki, “Ryazan şəkəri” ifadəsi FTX əməkdaşlarının yaşayış binalarından birinə qoyduğu heksogen adlı partlayıcı maddə ilə bağlıdır. 1999-cu ildə çeçenləri ittiham etmək üçün Rusiyada bir neçə yaşayış binası partladıldı. Ryazan şəhərindəki sakinlərdən biri FTX əməkdaşının heksogenlə dolu çuvalın binanın zirzəmisinə yerləşdirdiyini görmüşdü. FTX isə həmin hadisəni antiterror təlimi adlandırmış, çuvalın içində isə şəkərin olduğunu bildirmişdi.

Xatırladaq ki, “Krokus Siti Holl”da ötən gün baş verən terror hadisəsi nəticəsində rəsmi məlumata görə ən azı 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Qeyri-rəsmi məlumata görə isə ölənlərin sayı 130-dan çoxdur.

Teqlər: