Moskva sakinləri terrakt qurbanları üçün hərərkətə keçdi

Moskva sakinləri terrakt qurbanları üçün hərərkətə keçdi

Moskvada insanlar “Krokus” terraktı qurbanlarına qan vermək üçün kütləvi şəkildə xəstəxanalara axışıb.

AzerTimes xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumatda bildirilib ki, “Krokus Siti Holl”da baş verən terror aktından sonra insanlar donor olmaq üçün kütləvi şəkildə “Qavrilov Qan Mərkəzi”nə gəlib. İnsanların çoxluğundan binanın qarşısında böyük növbə yaranıb.

Qeyd edək ki, paytaxtın donor mərkəzi qan vermək istəyənləri Moskva vaxtı ilə saat 08:30-dan qəbul etdiyini bildirib.

Teqlər: