Moskva Kiyevlə danışıqlarda sülh barədə danışmaq niyyətindədir – XİN

Rusiya Ukrayna ilə danışıqlar zamanı sülh məsələlərini müzakirə
etmək niyyətindədir.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü
jurnalistlərə Rusiya Federasiyası xarici işlər nazirinin müavini
Andrey Rudenko bildirib.

“İlk növbədə, biz sülhdən danışacağıq, Ukraynaya sülh necə gələ
bilər, 2014-cü ildə şahidi olduğumuz bütün hadisələrin
təkrarlanmaması üçün nə etmək lazımdır?”, – A.Rudenko bildirib.

Onun sözlərinə görə, Ukrayna Rusiya Federasiyası ilə
danışıqlarda hansı səviyyədə təmsil olunacağını özü müəyyən
etməlidir.

Teqlər: