Moskva İrəvanla yeni hərbi müqavilə bağlaya bilər

Moskva İrəvanla yeni hərbi müqavilə bağlaya bilər

Rusiya ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlıq sahəsində demək olar ki, bütün müqavilələr vaxtında və yüksək keyfiyyətlə tamamlanıb.

AzerTimes xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

“Hərbi-texniki əməkdaşlıq sahəsində yeni sazişlər də müzakirə olunur. Bəzi müqavilələrdə Rusiya müəssisələrinin dövlət müdafiə sifarişini yerinə yetirmək üzrə öhdəlikləri ilə bağlı məsələlər var, lakin bunlar Rusiya və Ermənistanın müvafiq idarələri arasında dialoqda həll olunan işçi məsələlərdir”, – o bildirib.

Teqlər: