Moskva fond birjası martın 10-da fəaliyyət göstərməyəcək

Rusiya Mərkəzi bankı Moskva birjasının fond bazarı bölməsində
ticarəti bərpa etməmək qərarına gəlib.

Trend xəbər verir ki, bununla əlaqədar olaraq fond bazarı martın
10-da da qapalı qalacaq.


Qeyd edək ki, fevralın 28-dən Moskva birjasının fond bazarında
ticarət aparılmır. İstiqraz bazarında hərraclar yalnız rublla
hesablaşmalarla “Geri alma: Ünvanlı sifarişlər” rejimində
aparılacaq.