Moskva dizi üstə çökəcək və elan edəcək ki… – Piontkovski

Moskva dizi üstə çökəcək və elan edəcək ki… – Piontkovski

Rusiya taxıl sazişində iştirakını davam etdirməyə məcbur olacaq.

AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq və publisist Andrey Piontkovski deyib.

“Azovstal”dan olan əsir ukraynalı hərbçilər Türkiyədən evlərinə qayıtdılar. Rusiya bildirdi ki, taxıl sazişindən çıxacaq. Ərdoğanla Zelenski bildirdilər ki, aclıqdan əziyyət çəkən Afrika xalqlarını çörəksiz qoymayacaqlar və bunu davam etdirəcəklər”, – Piontkovski bildirib.

Onun sözlərinə görə, taxıl sazişi Rusiya Prezidenti Vladimir Putinin növbəti ictimai alçaldılması olacaq:

“Əgər Rusiya istəmirsə, öz işidir. Qoy afrikalılara özü başa salsın. Türkiyə və Ukrayna isə Afrikaya taxıl tədarük edəcəklər. Lazım olsa, Türkiyə bunun üçün hərbi donanmasını da istifadə edəcək. Təxmin edirəm ki, Moskva dizi üstə çökəcək və iyulun 17-də taxıl sazişinin müddətinin uzadılmasını elan edəcək”.

Teqlər: