Cəbrayılda qəza: piyada vuruldu

Cəbrayılda qəza: piyada vuruldu

Cəbrayıl rayonunda pikap piyadanı vuraraq öldürüb.

AzerTimes xəbər verir ki, hadisə ötən gün baş verib.

Məlumata görə, 1985-ci il təvəllüdlü İbayev Vüsal Aqil oğlu idarə etdiyi “Mitsubişi L200” markalı avtomobillə Cəbrayıl rayonu, Məzrə kəndinin 84-cü kilometrliyində piyada 1979-cu il təvəllüdlü Ağayev Nahid Mirhəbib oğlunu vurub və sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cəbrayıl RPŞ-nin İstintaq qrupunda CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Teqlər: