Moskva Bəyannaməsi Azərbaycan-Rusiya münasibətlərini keyfiyyətcə yeni səviyyəyə çıxarır – Rauf Əliyev

22 fevral 2022-ci il tarixdə Mockvada “Azərbaycan Respublikası
ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti
haqqında” Bəyannamənin imzalanması iki ölkə arasında müttəfiqlik
münasibətlərinin inkişafında, əməkdaşlığın yeni mərhələsinin
başlanmasında böyük əhəmiyyətə malikdir. Azərbaycanın digər
ölkələrlə qarşılıqlı əlaqələri, münasibətləri cənab Prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən, Azərbaycanın milli və
dövlət maraqlarına uyğun balanslaşdırılmış xarici siyasətlə
formalaşır.

Azərbaycan – Rusiya münasibətləri böyük tarixə malikdir.
Qarşılıqlı səfərlər və bu səfərlər zamanı imzalanan müxtəlf
sahələri əhatə edən sənədlər iki ölkə arasında əlaqələrin
inkişafında yeni mərhələnin başlanmasında böyük əhəməyyətə
malikdir. Bəyannamə imzalandıqdan sonra Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə birgə
mətbuata bəyanatla çıxış ediblər. Cənab Prezident İlham Əliyev
bəyanatla çıxışında qeyd edib: “ Rusiya ilə Azərbaycanı çoxəsirlik
dostluq, mehriban qonşuluq telləri bağlayır. Vladimir
Vladimiroviçin qeyd etdiyi kimi, bu əlaqələr bu gün keyfiyyətcə
yeni səviyyəyə çatıb. Ölkələrimiz arasında çox geniş müqavilə –
hüquq bazası vardır, 245 sənəd imzalanıb. Lakin onların arasında bu
gün imzalanmış Bəyannamə xüsusi əhəmiyyət kəsb edir. Bu Bəyannamə
bizim münasibətlərimizi müttəfiqlik səviyyəsinə çıxarır”. Bu
Bəyannamə 43 bəndən ibarət olan , iki ölkənin birgə
fəaliyyətlərinin bütün əsas sahələrini əhatə edən çox şeniş bir
sənəddir. Bəyannamənin 1-ci bəndində qeyd olunur ki, Rusiya
Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini
müttəfiqlik qrşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə,
dəvlət suverinliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin
toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili
işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda,
mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə
hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar. İmzalanmış
Bəyannamə iki ölkə arasındakı ikitərəfli münasibətləri Rusiya
Federasiyasının və Azərbaycan Respublikasının xalqlarının
maraqlarına tam şəkildə cavab verəcək, regional və beynəlxalq
təhlükəsizliyin və sabitliyin təmin edilməsinə və
möhkəmləndirilməsinə töhfə verəcək keyfiyyətcə yeni, müttəfiqlik
səviyyəsinə qaldırmağı nəzərdə tutur. Bəyannamə hər iki ölkənin
gələcək münasibətlərinin daha yüksək səviyyədə, bir-birinin
maraqlarına qarşılıqlı hörmət təməlləri üzərində qurulması, inkişaf
etdirilməsi üçün vacib bir sənəddir və bu sənəddə eyni zamanda
Azərbaycanın 44 gün davam edən Vətən müharibəsində əldə etdiyi
tarixi Zəfər nəticəsində regionda yaratdığı yeni geopolitik
reallıqları da nəzərə alınıb.

15 iyun 2021-ci il tarixdə qardaş Türkiyə ilə imzalanmış Şuşa
Bəyannaməsi kimi, Rusiya ilə imzalanmış Moskva Bəyannaməsi də
Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə
zəmanət verir. Vətən müharibəsində tarixi Zəfərdən sonra bu
regionda formalaşan yeni siyasi mühitin əsas iştirakşıları
Azərbaycan, Türkiyə və Rusiyadır. Bu nöqteyi-nəzərdən hər iki ölkə
ilə müttəfiqlik bəyannamələrinin imzalanması yaranmış yeni siyasi
mühiti təsbit edir. Azərbaycan – Rusiya münasibətlərinin yüksələn
xətlə inkişaf etməsi, ölkələrimiz arasında müttəfiqlik
Bəyannaməsinin imzalanması müharibədən sonra yaranmış yeni
reallıqların qəbul edilməsində də əhəmiyyətli rol oynayacaq, iki
ölkənin birgə səyləri ilə Qafqazda sülhün, Xəzər regionunda və
Avrasiya məkanında əməkdaşlığın inkişaf etdirilməsi və
möhkəmləndirilməsi işinə bundan sonra da mühüm töhfələr
verəcək.

Milli Məclisin deputatı

Rauf Əliyev

Teqlər: