FHN 6 nəfəri xilas etdi (VİDEO)

Xəbər - Samir Əli – Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil
olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən
ötən sutka ərzində 42 yanğına çıxış və 3 köməksiz vəziyyətdə qalma
faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, görülmüş təcili və
təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ
söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 6
nəfər xilas edilib.

Teqlər: