Moskalkova: Cəsədləri Ukraynaya verməyə hazırıq!

Moskalkova: Cəsədləri Ukraynaya verməyə hazırıq!

Rusiya Belqorod vilayətində İl-76 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların cəsədlərini Ukrayna tərəfinə təhvil verməyə hazırdır.

AzerTimes xəbər verir ki, bunu Rusiyanın İnsan Hüquqları üzrə Ombudsmanı Tatyana Moskalkova deyib.

“Bəli, biz hazırıq, bunun üçün prosessual baxımdan lazım olan hər şey mövcuddur. Mövcud prosedurlara uyğun olaraq cəsədlər köçürülə bilər”, – o bildirib.

Qeyd edək ki, yanvarın 24-də 65 ukraynalı əsiri dəyişdirmək üçün daşıyan Rusiyaya məxsus İl-76 hərbi-nəqliyyat təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb. Qəza zamanı 65 əsir, o cümlədən 6 ekipaj üzvü və 3 müşayiətçi hamısı ölüb.

Rusiya İl-76-nın Ukrayna tərəfindən vurulduğunu açıqlayıb.

Teqlər: