Moody’s qlobal inflyasiyanın 2022-ci ildə yüksək səviyyədə qalacağını proqnozlaşdırır

Moody’s Beynəlxalq reytinq agentliyi 2022-ci ildə qlobal
inflyasiyanın yüksək və 2023-cü ilin ikinci yarısında orta
səviyyədə qalacağını bildirib.

Trend xəbər
verir ki, agentlik Ukraynadakı böhran nəticəsində artan ərzaq və
yanacaq qiymətləri, tədarük zəncirinin pozulması səbəbindən
inflyasiya təsirləri özünü daha qabarıq büruzə verəcəyini və
gözlənildiyindən daha uzun sürəcəyini təxmin edir.

İnkişaf etmiş ölkələrdə əməyin dəyərinin və inflyasiya
gözləntilərinin artmasının risklərin çoxaldığına təsir etdiyini
vurğulayan agentlik, daim artan inflyasiyanın, xüsusən də iqtisadi
ləngimə və yüksək faiz dərəcələri dövründə ölkələrə mənfi təsir
göstərəcəyini proqnozlaşdırır.

“Biz qlobal inflyasiyanın 2022-ci ildə yüksək, 2023-cü ilin
ikinci yarısında isə mülayim qalacağını gözləyirik, inflyasiya
riskləri yüksələn xətt üzrə davam edəcək”, – agentliyin
açıqlamasında bildirilir.

Teqlər: