Monteneqroda Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyasına start verilib (FOTO)

Monteneqronun paytaxtı Podqoritsa şəhərində Xocalı soyqırımının
30-cu ildönümü ilə əlaqədar məlumatlandırma aksiyasına start
verilib.

AzerTimes xəbər verir ki,
Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi və
Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin təşkilatçılığı
ilə paytaxtın izdihamlı mərkəzi küçələrindəki elektron lövhələrdə
Xocalı soyqırımı həqiqətlərini əks etdirən məlumat yerləşdirilib.
Məlumatda Azərbaycana qarşı törədilmiş amansız soyqırımda 613
nəfərin (arasında 63 uşaq, 106 qadın, 70 qoca olmaqla) vəhşicəsinə
qətlə yetirildiyi, 8 ailənin tamamilə məhv edildiyi, 25 uşağın hər
iki valideynini itirdiyi, 130 uşağın valideynlərindən birini
itirdiyi, arasında 76 uşaq olmaqla 487 nəfərin yaralandığı, 1275
nəfərin əsir götürüldüyü və 150 nəfərin itkin düşdüyü nəzərə
çatdırılıb.

Lövhədə www.justiceforkhojaly.org,
www.xocali.mewww.khojaly.me internet səhifələrinə
keçidlər göstərilib.

Teqlər: