Monteneqroda 4,5 bal gücündə zəlzələ baş verib

Monteneqronun cənub-qərb hissəsində 4,5 bal gücündə zəlzələ baş verib.

AzerTimes-ın məlumatına görə, bu barədə Avropa-Aralıq Seysmologiya Mərkəzi bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Podqoritsa şəhərindən təqribən 57 km qərbdə yerləşib. Zəlzələnin ocağı 9 kilometr dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.