Monteneqronun cənub-qərb hissəsində 4,5 bal gücündə zəlzələ baş verib.
AzerTimes-ın məlumatına görə, bu barədə Avropa-Aralıq Seysmologiya Mərkəzi bildirib.
Məlumata əsasən, yeraltı təkanların episentri Podqoritsa şəhərindən təqribən 57 km qərbdə yerləşib. Zəlzələnin ocağı 9 kilometr dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.