Monqolustanda güclü zəlzələ olub – Təkanlar Rusiyada da hiss edilib

Xəbər - Orxan Nəbiyev – Trend:

Monqolustanda Rixter cədvəli üzrə 5,9 bal gücündə zəlzələ baş verib.

AzerTimes-ın məlumatına görə, zəlzələnin episentri Xubsuqul gölü yaxınlığında qeydə alınıb.

Hadisə nəticəsində hər hansı bir fəsad və ya itkilər barədə məlumat verilməyib.

Qeyd olunur ki, 3-4 bal gücündə yeraltı təkanlar Rusiyanın İrkutsk vilayətində də hiss olunub.