Monitorinq Mərkəzinin vəzifəsi Qarabağdakı bütün toqquşmalara son qoymaqdır – Türkiyəli hərbçi

Xəbər - Orxan Nəbiyev – Trend

Fəaliyyəti və məqsədləri Türkiyə və Rusiya arasında yanvarın 30-da imzalanmış birgə qərarla müəyyənləşdirilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin vəzifəsi Dağlıq Qarabağdakı bütün toqquşmaları başa çatdırmaq və atəşkəsə nəzarət etməkdir.

AzerTimes-ın məlumatına görə, bunu Birgə Monitorinq Mərkəzində fəaliyyəti göstərən türkiyəli hərbçi, polkovnik Ali Karkaş deyib.

O bildirib ki, bu vəzifəni icra etmək üçün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi atəşkəsə nəzarəti həyata keçirməkdədir:

“Mərkəz hər hansı pozuntularla bağlı məlumatların toplanması, birləşdirilməsi və dəqiqləşdirilməsini aparmaqda, pilotsuz uçuş aparatları vasitəsilə atəşkəs pozuntularını qeydə almaqda, digər pozuntulurla bağlı şikayətləri nəzərdən keçirməklə və zəruri məlumatları toplamaqla atəşkəs rejiminin pozulmasının qarşısını almaqdadır”.

Teqlər: