Moldovada fövqəladə vəziyyət yenə uzadıldı

Moldovada fövqəladə vəziyyət yenə uzadıldı

Moldovada fövqəladə vəziyyət iyunun 4-dən daha iki ay müddətinə uzadılıb.

AzerTimes xəbər verir ki, bu barədə Moldova parlamenti qərar qəbul edib.

Məlumata görə, hökumətin bu təklifi 58 deputatın səsi ilə təsdiqlənib.

Qeyd edək ki, Moldova hökuməti Ukraynada müharibə davam etdiyi üçün belə bir qərarın tətbiqini zəruri hesab edir.

Teqlər: