Moldova XİN rəhbəri pandemiya dövründə göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan pandemiya dövründə Moldovaya tibbi yardım göstərdi. Buna görə Azərbaycana təşəkkür edir və bu dəstəyi yüksək qiymətləndiririk.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya naziri Niku Popesku Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycan və Moldova daim bir birini dəstəkləyir. “İki ölkə arasında humanitar sahədə də səmərəli əməkdaşlıq mövcuddur”, – deyə nazir bildirib.

Teqlər: