Moldova Rusiya diplomatını ölkədən qovdu

Moldova Rusiya diplomatını ölkədən qovdu

Moldova Rusiya səfirliyinin əməkdaşını persona non-qrata elan edib.

AzerTimes xəbər verir ki, bu barədə Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin mətbuat katibi Filip Kojokaru məlumat verib.

“Rusiyanın Kişinyovdakı səfirliyinin əməkdaşının ölkəmiz ərazisində persona non-qrata elan edilməsi qərara alınıb. Səfirliyin daha iki əməkdaşının hava limanına xüsusi buraxılışı qadağan edilib”, – Kojokaru qeyd edib.

Teqlər: