Moldova Ukraynadakı müharibə ilə əlaqədar fövqəladə vəziyyət rejimini daha 60 gün uzadıb.
AzerTimes xəbər verir ki, bu barədə qərar Moldova hökumətinin müraciəti əsasında parlamentin oktyabrın 6-da keçirilən iclasında qəbul edilib.
Hakim Fəaliyyət və Həmrəylik Partiyasının 53 deputatı fövqəladə vəziyyət rejiminin oktyabrın 7-dən uzadılmasına səs verib.