Azərbaycanla təbii qazın tədarükü məsələsini müzakirə edirik.
AzerTimes xəbər verir ki, bu barədə Moldova baş nazirinin müavini Andrey Spınu yerli TV8 kanalına müsahibəsinə deyib.
O bildirib ki, Moldovanın alternetiv enerji əldə etməsi üçün şans yaranıb:
“Ölkəmizin Azərbaycan təbii qaz alması üçün real şans var. Konkret tarix söyləməyəcəyəm, lakin qarşıdakı illərdə zəmanətli alternativimiz olacaq. Azərbaycan qazının qiyməti ilə bağlı hələ ki, razılaşma əldə edilməyib”.