Balkan marşrutu ilə AB-yə miqrasiya 3 dəfə artıb – “Frontex”

Balkan marşrutu ilə AB-yə miqrasiya 3 dəfə artıb – “Frontex”

Avropa Birliyinə Balka marşrutu üzərindən qanunsuz miqrasiya bu ilin yanvar-may aylarında ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə artaraq 40 675 nəfər təşkil edib.

AzerTimes xəbər verir ki, bu barədə məlumatı Avropa Sərhədlərinin Mühafizəsi Agentliyi (Frontex) yayıb. Təkcə may ayında qanunsuz miqrantların sayı 12088 nəfərə çatıb və onların əksəriyyəti Əfqanıstanla Suriya vətəndaşlarıdır.

AB qurumu qanunsuz miqrantların sayının kəskin artımının səbəblərini göstərməyib. Lakin qeyd edilib ki, Qərbi Balkan marşrutundan istifadə edən şəxslərin əksər hissəsi yeni gələnlər deyil, onlar regionda uzun müddətdən bəri yerləşən qaçqınlardır və Aİ sərhədlərini keçməyə indi cəhd ediblər. Bu ilin ilk beş ayında Aİ sərhədlərini keçən qeyri-qanuni miqrantların ümumi sayı isə 86 min 420 nəfər olub.

Qeyd edilməlidir ki, son aylarda Ukraynadan AB ərazisinə keçən 5,5 milyon qaçqına dair məlumatlar bu hesabata daxil edilməyib.

Teqlər: