Möhtəşəm Triumf Palace layihəsində sərfəli şərtlərlə mənzillər əldə edə bilərsiniz

İnteks MMC yarandığı gündən tarixi ideyaların üzərində öz təməlini qoyub. tarixi ənənələri davam etdirməyi qarşısına məqsəd qoyan İnteks əzmlə yeniliklər etmək niyyətindədir.

Şirkət yenidən paytaxt Bakıya xüsusi gözəllik, insanlarına isə rahatlıq və yaşamaq eşqi gətirəcək möhtəşəm bir layihəsinə start verir. Triumf Palace. Bura sizin yaşamağınız üçün həyatınızı mənalı, ecazkar və güvənli edəcək.

8 binadan ibarət çoxfunksiyalı Triumf Palace yaşayış kompleksi klassik və modern üslubunun ən yaxşı ənənələrini özündə birləşdirəcək. Binaların layihəsində 18-ci əsr klassiksizm memarlıq elementlərindən istifadə ediləcək. Layihədə fransız eyvanları ilə uyğunlaşan panaramlı şüşələrdən istifadə olunacaq. Kompleksin ərazisinin qarşısında hündür binalar olmadığından 4-cü mərtəbədən başlayaraq şəhərə və dənizə gözəl mənzərə açılacaq. Triumf palace yaşayış kompleksində maşın yuma, avtomatik giriş və çıxış ilə təchiz olunmuş, geniş 800 avtomobil üçün yeraltı dayanacağı, ilk iki mərtəbəsində ticarət əyləncə mərkəzinin yerləşdirilməsi planaşdırılır. Triumf Palace Yaşayış Kompleksi-nin əsas üstünlüyü onun çoxfunksiyalı infrastrukturu və geniş, avtomobil daxil olmayan abad həyətidir. Layihədə daxili abadlığı təmin etmək üçün landşaft dizayn elementlərindən istifadə olunması planlaşdırılır. Həyət idman və uşaq meydançaları, hovuzlu istirhət zonaları, fəvvarə və yay kinoteatrı ilə təchiz olunacaq. Kompleksin ərazisində 175 yerlik uşaq bağçası da fəaliyyət göstərəcək. Triumf Palace Yaşayış Kompleksində böyük ekranlı 56 oturacaq yeri olan kinoteatr da yaradılacaq.
Həmçinin kompleksdə estetik kosmetologiya sahəsində unikal masajlar və orqanizmin sağlamlaşdırılması kimi xidmətləri olan gözəllik salonu, spa , fitness zalları da fəaliyyət göstərəcək.o ki qaldı binanın mənzillərinə , burda sakinlər 1 otaqdan 5 otağadək müxtəlif kvadratlarda ağıllı ev sistemi ilə təchiz olunmuş mənzillər əldə edə biləcək. Şirkət sakinlərin istəyi ilə mənzillərin dizayn işlənməsini peşəkar mütəxəssislərə həvalə edəcək. Elə isə tarixə yaxın olanlar və tarixi yaşadanlar Triumf Palace-da sizinlə tarixi davam etdirmək istəyir
ətraflı *4488 , 050-443-44-88

Teqlər: