Modul tipli təhsil müəssisələrinin quraşdırılmasına 5 milyon manat ayrılıb – Sərəncam

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazisində
modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam
etdirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ərazisində
modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam
etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci
il 10 fevral tarixli 3143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət
əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan
vəsaitin bölgüsü”nün 1.8.3-cü yarımbəndində nəzərdə tutulmuş 5
milyon manat bu Sərəncama əlavəyə uyğun olaraq Azərbaycan
Respublikasının Təhsil Nazirliyinə ayrılsın.

Maliyyə Nazirliyinə bu Sərəncama əlavədə nəzərdə tutulmuş
bölgüyə uyğun olaraq maliyyələşməni təmin etmək, Nazirlər Kabineti
bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Teqlər: