“Moderna” koronavirusun yeni ştammına qarşı peyvənd hazırlayacaq

ABŞ-ın “Moderna” şirkəti koronavirusun “omikron” adlı ştammına qarşı yeni peydən hazırlayacaq.

AzerTimes-ın məlumatına görə, bu barədə şirkətin mətbuat xidmətindən bildiriblər.

İmuniteti qorumaq üçün şirkət rəsmi təsdiqlənmiş peyvəndlərin buster dozalarından istifadə etməyi təklif edir. Qeyd edilir ki, yeni ştammda “delta” variantında görünən mutasiyalar da var. Üstəlik, onun mutasiyalarının kombinasiyası “təbii və peyvənddən qaynaqlanan immunitetin zəifləməsini sürətləndirmək üzrə əhəmiyyətli potensiala malikdir”.

Qeyd edilir ki, yeni ştamma qarşı peyvəndin hazırlanması üzrə tədqiqat barədə məlumatlar yaxın həftələrdə bildiriləcək.