Mobil telefonların radiasiya təhlükəsi… – Protasov

Mobil telefonların radiasiya təhlükəsi… – Protasov

Telefonların radioaktivliyə görə təhlükələri haqqında məlumatlar mifdir.

AzerTimes xəbər verir ki, bunu “Roskaçestvo”nun rəhbəri Maksim Protasov deyib.

“İstehlakçılara deyirik ki, orta statistik rusiyalı gündə 2,5 saatdan çox cib telefonundan istifadə edir və bu, gözlər, psixika, boyun, əllər üçün olduqca zərərlidir, lakin bu radiasiya məsələsi deyil”, – Protasov bildirib.

Onun sözlərinə görə, smartfonların radiasiya səviyyəsi digər məişət və elektrik cihazları səviyyəsindədir. Mobil telefonların radioaktivliyi haqqında məlumatlar elmi təsdiqi olmayan bir mifdir.

Teqlər: