MMA döyüşçümüz “Oktaqon”da qələbə qazandı

MMA döyüşçümüz “Oktaqon”da qələbə qazandı

Azərbaycanın MMA döyüşçüsü Namiq Ağabalayev növbəti qələbəsini qazanıb.

AzerTimes xəbər verir ki, “Şəhid Rafət Qulamov” klubunun təmsilçisi Qazaxıstanın Almatı şəhərində “Oktagon liqası”nın 51-ci turnirində gücünü sınayıb.

Turnirdə 57 kiloqram çəki dərəcəsində çıxış edən Namiq Ağabalayev yerli tanınmış idmançı Adilet Aytjanov ilə qarşılaşıb.

MMA döyüşçümüz birinci raundda rəqibini “Triangle” boğucu fəndi ilə vaxtından əvvəl məğlub edib.

Teqlər: