MKİ direktoru İsrailə gəldi

MKİ direktoru İsrailə gəldi

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns İsrailə səfər edib.

AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Börns səfər zamanı ölkənin kəşfiyyat ictimaiyyətinin rəhbərliyi və nümayəndələri ilə görüşüb.

“Börns İordaniya və bir sıra başqa ölkələrə də səfər edəcək. Əvvəllər ABŞ-ın Əmmanda səfiri vəzifəsində çalışmış Börnsün İordaniya kralı II Abdullahla yaxşı münasibətləri var”, – məlumatda qeyd olunub.

Teqlər: