Mixail Saakaşvili zəhərləndı

Mixail Saakaşvili zəhərləndı

Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixail Saakaşvili zəhərlənib.

AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, bu barədə sabiq prezidentin vəkili Valeri Gelbaxiani xarici ekspertlərin rəyi əsasında bildirib.

“Mən onun zəhərlənməsi faktını təsdiqləyirəm”, – deyə Gelbaxiani əlavə edib.

O zəhərlənmənin hansı maddələrdən baş verməsinə dair araşdırmaların davam etdiyini vurğulayıb.

Vəkil həmçinin zəhərlənmənin civə, barium və kalium kimi zəhərli maddələrdən baş verə biləcəyi haqqında məlumatlar olduğunu qeyd edib:

“Bu barədə ətraflı brifinqimiz olacaq”, – deyə Gelbaxiani sözlərini yekunlaşdırıb.

Teqlər: