Mixael Şumaxerin oğlu Qran Pri zamanı qəzaya uğrayıb

“Haas” komandasının sürücüsü Mik Şumaxer “Formula 1” üzrə
Səudiyyə Ərəbistanı Qran Prisinin seçmə mərhələsi zamanı qəzaya
uğrayıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə Bu barədə “Formula 1” Twitter
səhifəsində bildirilib.

“Formula 1” üzrə yeddiqat çempionu Mixael Şumaxerin oğlu
döngələrin birində hasara çırpılıb. Bundan sonra yarış
dayandırılıb.

Pilot avtomobili özü tərk edə bilib, ona həkim briqadası yardım
göstərib.

Teqlər: