MİT PKK-nın məsul üzvünü Suriyada saxladı

MİT PKK-nın məsul üzvünü Suriyada saxladı

PKK/YPG terror təşkilatlarının məsul üzvlərindən biri olan İpək Dəmir Suriyada saxlanılaraq Türkiyəyə gətirilib.

AzerTimes xəbər verir ki, “Çavre Gever” kod adlı terrorçu Türkiyə Millis İstehbarat Təşkilatının (MİT) əməliyyatı nəticəsində ələ keçirilib.

İpək Dəmir 2010-cu ildə Hakkaridə təşkilata qatılıb. Onun təxminən 7 il Zap, Hakurk, Avaşin, Sincar bölgələrində terrorçuluq fəaliyyəti göstərdiyi və 2017-ci ildə PKK tərəfindən Suriyaya göndərildiyi müəyyən edilib.

Teqlər: