MİT PKK liderlərindən birini məhv etdi

MİT PKK liderlərindən birini məhv etdi

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) PKK-ya qarşı növbəti əməliyyatını keçirib.

AzerTimes xəbər verir ki, əməliyyat nəticəsində PKK liderlərindən olan Bedirhan Abi zərərsizləşdirilib.

“Darav Gevda” kod adlı terrorçu İraqın şimalındakı Sincarda keçirilən əməliyyat zamanı məhv edilib.

2011-ci ildə PKK sıralarına qatılan Abi Şırnak və Yüksekova bölgələrində terror fəaliyyətlərini davam etdirib. Türkiyədə olduğu müddətdə bəzi təhlükəsizlik qüvvələrinin şəhid olması ilə nəticələnən aksiyalara qatılıb.

Teqlər: