MİT İran casuslarını ifşa etdi: azərbaycanlılar da var – Foto

MİT İran casuslarını ifşa etdi: azərbaycanlılar da var – Foto

Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) İranın casus şəbəkəsini zərərsizləşdirib.

AzerTimes xəbər verir ki, bu barədə “Mouze” Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, həbs edilənlər arasında azərbaycanlılar da var.

Onlardan ikisinin adı məlumdur.

Həmin şəxslər Hikmət Əliyev və Seymur Rzayevdir.

İranın pilotsuz uçuş aparatlarının gizli hazırlanması layihəsində Azərbaycan əsilli Seymur Rzayev, Türkiyədən yük daşıyan “Buta Logistics” şirkətinin sahibi Hikmət Əliyev, mədən ticarəti ilə məşğul olan Zeynəddin Çalışkan, İran əsilli türk vətəndaşı “Yaşar” kodu ilə ticarət edən Mehmet Çelik və İlyas Yıldırımın iştirak etdiyi müəyyən edilib.

MİT tərəfindən İŞİD üzvü olan kuryerin 8,5 milyon avroya İrana satılmaq üçün rəqəmsal karqo İstanbula yola düşdüyü texniki izləmə vasitələri ilə müəyyən edilib.

Kuryer İstanbul Beynəlxalq Hava Limanınında keçirilən əməliyyatda saxlanılıb. Rəqəmsal karqoda bütün dünyaya yayılan 9952 İŞİD terrorçusunun bioqrafik kəşfiyyat məlumatları, onların foto CV-ləri və şəxsiyyət məlumatları tapılıb.

Teqlər: