Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) İraqın şimalında PKK terorrçularına qarşı növbəti antiterror əməliyyatı həyata keçirib.
AzerTimes xəbər verir ki, əməliyyat nəticəsində 6 terrorçu məhv edilib.
Terrorçuların 4-ü Hakurkda, 2-si isə Metinada keçirilən əməliyyatlar zamanı zərərsizləşdirilib.
Bununla da MİT-in 2022-ci ildə keçirdiyi əməliyyatlar nəticəsində məhv etdiyi terrorçuların sayı 21-ə çatıb.