Mixail Mişustin “Krokus” terrorunu bütün ölkə üçün böyük faciə və bərpaolunmaz itki adlandırıb.
AzerTimes xəbər verir ki, baş nazir bu barədə terror aktında həlak olanların ailələrinə başsağlığı verərkən danışıb.
“Biz onların hər birinə yas tuturuq. Fikirlərimiz və dualarımız sizinlədir. Bu gün bu böyük kədər milyonlarla insan tərəfindən paylaşılır”, – o bildirib.
Həmçinin zərərçəkənlərə lazımı yardımın göstərildiyini bildirən rusiyalı nazir terror aktının hərtərəfli araşdırıldığını və günahkarların tez bir zamanda cəzalandırılacağını deyib.