“Krokus” terroru: daha bir dəhşətli görüntü yayıldı – Video

“Krokus” terroru: daha bir dəhşətli görüntü yayıldı – Video

Moskva vilayətində yerləşən “Krokus Siti Holl” konsert kompleksində terror zamanı baş verənlərlə bağlı yeni görüntülər yayılmaqda davam edir.

AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, kadrların birində atışmanın yeni başladığı vaxt zaldan möcüzəvi şəkildə sağ-salamat qaçmağı bacaran insanlar əks olunub.

Videoda onların oturacaqların arxasında gizlənərək süründükləri, sonra qaçmağa çalışarkən bağlı qapılarla üzləşdikləri görünür.

Bu vaxt onlardan birinin: “Ora dalandır! Aşağı qaçaq”, – dediyi eşidilir.

Nəhayət onlar küçəyə çıxışı tapa bilirlər.

Teqlər: