Mişustin: Bakı inteqrasiya prosesini diqqətlə izləyir

Mişustin: Bakı inteqrasiya prosesini diqqətlə izləyir

Azərbaycan Avrasiya məkanında gedən inteqrasiya proseslərini diqqətlə izləyir, bu, çox yaxşıdır.

AzerTimes xəbər verir ki, bunu Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla görüşü zamanı deyib.

“Çox gözəldir ki, Azərbaycan inteqrasiya proseslərini diqqətlə izləyir. Biz Avrasiya İqtisadi İttifaqının inteqrasiya məkanında işlədiyimiz sahələrin bütün spektrini hörmətlə göstərəcəyik”-deyə, o bildirib.

O, Ə. Əsədovla görüşünün ilk dəfə Avrasiya Hökumətlərarası Şurasının iclasına təsadüf etdiyini qeyd edib.

Azərbaycanın Baş naziri Rusiya Federasiyası Hökumətinin sədrinə təşəkkür edib:

“Sizə şəxsən təşəkkür edirəm, uzun müddətdir ki, siz Azərbaycanın bu görüşlərdə iştirak etməsi üçün hər zaman səy göstərmisiniz. Buna görə Sizə səmimi qəlbdən minnətdaram”.

Teqlər: