Misirdə yeniyetmələrin koronavirusa qarşı peyvənd edilməsinə başlanılacaq

Misir ayın sonuna qədər 12-18 yaş yeniyetmələr arasında yeni koronavirusa qarşı vaksinasiyasına başlayacaq.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər verib.

Nazirliyin nümayəndəsi bildirib: “Nazirliyin peyvəndlərin təhlükəsizliyi və effektivliyi sahəsində araşdırmalar başa çatmaq üzrədir, və bu yaş qrupu arasında vaksinasiya bu oktyabr ayında başlayacaq”.


Peyvəndlərin “Pfizer” şirkətinin dərmanı ilə edilməsi planlaşdırılır.