Kriştiano Ronaldo bir matçda üç rekordu qırıb

“Mançester Yunayted” futbol klubunun hücumçusu Kriştiano Ronaldo Portuqaliya və Qətər milliləri arasında keçirilən yoldaşlıq oyunu zamanı eyna anda üç rekordu qırıb.

Tremd-in məlumatına görə, 36 yaşlı hücumçu yığmanın heyətində 181-ci oyuna çlxıb. Bu, Avropa oyunçuları üçün tarixdə ən yaxşı nəticədir. O, Qətərlə matçda meydana girərək ispaniyalı Serxio Ramosu keçib.

37 -ci dəqiqədə K.Ronaldo qol vurdu. Vurduğu top hücumçu üçün milli komandalar səviyyəsindəki 112 -ci qol oldu. Belə ki, o, milli komandada vurduğu qol sayı üzrə göstəricisini yaxşılaşdırıb. Bundan başqa K.Ronaldo karyerasında 46 -cı milli komandaya qarşı oyunda fərqlənib – bu həm də dünya rekordudur.