Misirin paytaxtı Kair yaxınlığında yük qatarı ilə sərnişin avtobusu toqquşublar.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə “El Watan” informasiya portalı məlumat verib.
Qəza nəticəsində ən azı dörd nəfər ölüb, daha 26 nəfər yaralanıb.
Nəqliyyat naziri Kamel əl-Vəzir yerli tekstil fabrikinin işçiləri olan avtobusun yük daşımaları üçün nəzərdə tutulan dəmiryolları boyunca hərəkət etdiyini və kömür daşıyan qatarla toqquşduğunu bildirib. Hadisə ilə bağlı xüsusi komissiya istintq aparır.