Bağdadda ABŞ hərbçiləri yerləşən aeroport zonasına hücum olub

ABŞ qoşunlarının yerləşdiyi Bağdad Beynəlxalq Hava Limanına pilotsuz uçuş aparatları vasitələri ilə zərbələr endirilib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanakl məlumat verib.

Hücumun nəticələri barədə məlumat verilməyib. Hadisənin təfərrüatları araşdırılır.