Misirin paytaxtı Qahirədə Vəqf Nazirliyinin binasında yanğın baş verib.
AzerTimes xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Məlumata görə, yanğın zamanı 5 nəfər xəsarət alıb. Hadisə yerinə çox sayda yanğınsöndürən və təcili tibbi yardım briqadaları göndərilib.
Qeyd edək ki, nazirlik binası Misirdəki tarixi binalardan biridir.