İsraildə terror aktı törədildi: bir neçə polisə atəş açıldı

İsraildə terror aktı törədildi: bir neçə polisə atəş açıldı

İsrailin paytaxtı Təl-Əvivdə terror aktı törədilib.

AzerTimes xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.

Məlumata görə, Nahalat Binyamin ticarət mərkəzində bir nəfər ona yaxınlaşan bir neçə polisə atəş açıb. Nəticədə polislərdən biri ağır yaralanıb.

Terrorçu da atışma zamanı yaralanıb və hazırda həkimlərin nəzarətindədir.

İsrail polisinin rəisi Kobi Şabtai bildirib ki, terrorçunun “şəhid” olacağı ilə məktubu tapdıqlarını bildirib.

Teqlər: